İranın “Press TV” telekanalı ABŞ-İsrail mövqelərinə hücum üçün nəzərdə tutulmuş raketin fotosunu yayımlayıb.
“Qafqazinfo” xəbər verir ki, raketin üzərində qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin hərəkətləri nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş yazı həkk olunub.
“Epşteyn adası qurbanlarının xatirəsinə!”, - həmin yazıda deyilir.
Xatırladaq ki, ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunan C.Epşteyn 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Bu il yanvarın sonunda Ədliyyə Departamenti “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb. Fevralın 15-də sənədlərin açıqlanması prosesi yekunlaşıb.

Son xəbərlər
Son Xəbərlər