Canlı yayımda jurnalisti tank vurdu - Video

canli-yayimda-jurnalisti-tank-vurdu
Oxunma sayı: 3458

Suriyada YPG terror təşkilatı ilə ordu arasında baş verən qarşıdurmaları işıqlandıran “Suriya” TV müxbiri canlı yayım zamanı bədbəxt hadisə ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, hadisə kameralar tərəfindən qeydə alınıb.

Məlumata görə, Hələb əyalətində hərbi əməliyyatlardan reportaj hazırlayan jurnalist arxadan gələn tankın toxunması nəticəsində qəfildən yerə yıxılıb. Baş verənlər canlı yayımda tamaşaçılara təqdim olunub.

Hadisədən dərhal sonra yayım dayandırılıb. Ərazidə olan əsgərlər müxbirin köməyinə çataraq, ona ilkin tibbi yardım göstəriblər.

Bildirilir ki, jurnalistin vəziyyəti stabildir və həyatı üçün təhlükə yoxdur.