Cəbhədə də, məktəbdə də Vətən üçün... - Fotolar

cebhede-de-mektebde-de-veten-ucun
Oxunma sayı: 1522

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi iştirakçısı olan müəllim Nicat Kərimovun bioqrafiyasını təqdim edirik.

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Nicat Fazil oğlu Kərimov 1992-ci ildə anadan olub.

2009-cu ildə Bakı şəhəri 258 nömrəli tam orta məktəbi bitirib. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.

2016-cı ildən paytaxtdakı 270 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışır.

Vətən Müharibəsi başlayan kimi könüllü olaraq cəbhə bölgəsinə yollanan N.Kərimov Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən Müharibəsindəki xidmətlərinə görə o, "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözlədiyini deyən N.Kərimov yetirmələri olan şagirdlərinin də bu tarixi missiyaya layiqli töhfələrini verəcəklərinə əminliyini bildirir.