Gecə saatlarında Cəlilabadda yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, saat 23 radələrində rayonun Maşlıq kənd sakini 1941-ci il təvəllüdlü Nuriyev Bəhrəm Bayrı oğlunun yaşadığı və qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikili alovlanıb.
Nəticədə 85 yaşlı kişi vəfat edib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlər tərəfindən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 15 kv.m. olan talvarın taxta atmaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1941-ci il təvəllüdlü Narıyev Bəhram Bayrı oğlunun meyiti aşkar edilib. Yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər