Cəlilabadda keçmiş vəzifəli şəxs ölü tapıldı - Fotolar

celilabadda-kecmis-vezifeli-sexs-olu-tapildi
Oxunma sayı: 1315

Cəlilabadda keçmiş vəzifəli şəxsin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti atasının evində aşkarlanıb.

Onun Bakıda yaşadığı və bir müddət əvvəl ata evinə gəldiyi deyilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Salmanov uzun müddət Cəlilabad rayon Təhsil Şöbəsində mühasib, Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Surxay Şahbazov