Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davada iştirak edənlər hakim qarşısına çıxarılıblar.
“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi indilərdə qərar elan edib.
Kütləvi dava ilə bağlı bir neçə nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda davada iştirak edən digərləri – deputat Arzuxan Əlizadənin “Yeraz Əhməd” kimi tanınan oğlu Əhməd Əlizadə və digərləri barəsində təqdimatlara baxılır.
Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən kafedə baş verib. Kütləvi davada “Ceyhun Sabunçu” kimi tanınan Ceyhun qətlə yetirilib.
Qətli törədib qaçanlar qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməliyyatçıları tərəfindən saxlanılıblar.
Son xəbərlər
Son Xəbərlər