Çin ilk Günəş müşahidə peykini kosmosa göndərdi - Video

cin-ilk-gunes-musahide-peykini-kosmosa-gonderdi
Oxunma sayı: 1682

Çin ilk Günəş müşahidə peykini kosmosa göndərib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, peyk üç il orada işləyəcək.

Peykə qədim Çin mifologiyasındakı Günəş ilahəsi “Şihı”nın adı verilib.

Çinin ilk Günəş teleskopunu daşıyan 550 kiloqramlıq peyk dünya ətrafında sabit vəziyyətdə qalacaq şəkildə  hərəkət edəcək.