Çindən təxliyyə edilən vətəndaşlarımız xəstəxanaya yerləşdirildi

cinden-texliyye-edilen-vetendaslarimiz-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2073

Xəbər verdiyimiz kimi, Çinin Uhan şəhərindən təxliyyə edilən 42 nəfəri daşıyan Türkiyəyə məxsus hərbi təyyarə Ankaradakı Etimeskut hava limanına eniş edib. Təxliyyə edilənlərin arasında 32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Albaniya vətəndaşı var.

“Qafqazinfo”nun məlumatına görə, daha sonra onlar 17 təcili yardım avtomobili ilə Dr. Zekai Tahir Burak Xəstəxanasına yerləşdiriliblər. Onların hər biri 14 gün ərzində bir nəfərlik karantin otaqlarında saxlanılacaq və 3 gündən bir müayinə olunacaqlar. Pasiyentlər burada saxlanıldıqları günlərdə birdəfəlik alət və avadanlıqlardan istifadə edəcəklər. 

Qeyd edək ki, təxliyyə edilənlərlə yanaşı, onları Türkiyəyə gətirən işçi heyəti, tibb işçiləri də həmin xəstəxanaya yerləşdiriliblər.