Paris Moda Həftəsi çərçivəsində “Matières Fécales” brendinin yeni kolleksiyasının nümayişi keçirilib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, şou Parisin mərkəzində yerləşən Respublika meydanında baş tutub.
Brend ilk dəfə bu məkanda nümayiş keçirib və 2027-ci ilin yaz-yay kolleksiyasının təqdimatı olub. “Ninety Nine Percent” adlı kolleksiyanın təqdimatında 99 model iştirak edib.
Nümayişin final hissəsi “Gods” (“Tanrılar”) adlandırılıb. Bu hissədə modellər daha mürəkkəb siluetlər, drapeli geyimlər və diqqətçəkən detallarla podiuma çıxıblar.
Şounun ən çox diqqətçəkən məqamı isə final yürüşü olub. Modellər çiyinlərində milyarderləri təsvir edən realistik fiqurlarla Respublika meydanının ətrafında hərəkət ediblər.
Final səhnəsində milyarderlərin fiqurlarının modellərin çiyinlərində daşınması kolleksiyanın əsas mesajlarından birinə çevrilib.


Son xəbərlər
Son Xəbərlər