Xəbər verdiyimiz kimi, Kolumbiyanın qərbində 7,4 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo”nun məlumatına görə, təbii fəlakət nəticəsində ən azı 111 nəfər ölüb, 87 nəfər yaralanıb.
Bildirilib ki, dağıntılar altında hələ də çoxlu insanlar qalıb.
Məlumata görə, zəlzələ nəticəsində 61 bina tamamilə dağılıb, ümumilikdə 1575 yaşayış evi və tikiliyə ziyan dəyib.
Bir sıra şəhərlərdə yollar, hava limanları və digər infrastruktur obyektləri də zərər görüb.
Kolumbiya hökuməti zəlzələdən sonra ölkədə fövqəladə vəziyyət elan edib.
Dəhşətli zəlzələnin əks olunduğu fotoları təqdim edirik:
Hazırladı: Fatimə Şahverdiyeva


















Son xəbərlər
Son Xəbərlər