Daha bir qadın estetik əməliyyatdan sonra öldü - Yenilənib

daha-bir-qadin-estetik-emeliyyatdan-sonra-oldu
Oxunma sayı: 3926

Bakı şəhər Nəsimi rayonu ərzisində yerləşən “Kəpəz” Hospitalda ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turp dünən tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib.

Bildirilib ki, Tulin Turp klinikada estetik cərrah Seymur Məmmədov tərəfindən əməliyyat edilib və səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.

Qeyd edək ki, daha əvvəl Seymur Məmmədovun əməliyyat etdiyi 2 qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bunlar 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci ildə anadan olmuş Pərvanə Mirzəyevadır. Hər iki qadının S.Məmmədov tərəfindən “Etalon” klinikasında əməliyyat ediləndən sonra öldüyü bildirilib.

***

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, ötən ilin dekabr ayında Mərkəz tərəfindən “ŞAMA” MMC-yə məxsus “Kəpəz” Hospitalda xidməti yoxlama keçirilib.

Yoxlama zamanı aidiyyəti şəxs barəsində plastik əməliyyatları həyata keçirməsi faktı ilə əlaqədar Mərkəz tərəfindən İXM-in mvafiq bəndlərinə uyğun tədbir görülüb, iş materialları növbəti icraata göndərilib.

“Şəxs ixtisasca ümumi cərrahdır və ümumi cərrah kimi fəaliyyət göstərər. Qeyd edilməlidir ki, Seymur Məmmədovun adı plastik cərrahların siyahısında yoxdur.

Ümumi cərrahiyyə ixtisası üzrə isə 26.12.2030-cu il tarixinədək qüvvədə olan sertifikasiya şəhadətnaməsinə malikdir”, - açıqlamada qeyd olunub.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Bakıda estetik əməliyyatdan sonra pasiyentin ölüm faktı araşdırılır.

Aslan Vəliyev