Dayanacaqda maşınlara ziyan vuran şəxs müalicə mərkəzinə yerləşdirildi - Video+Yenilənib

dayanacaqda-masinlara-ziyan-vuran-sexs-mualice-merkezine-yerlesdirildi
Oxunma sayı: 3805

Sosial şəbəkələrdə parklanma ərazisində bir nəfərin avtomobillərə ziyan vurması ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, həmin görüntülər müzakirələrə səbəb olub.

Hadisənin “Sədərək” Ticarət Mərkəzinin parklanma ərazisində baş verdiyi bildirilir.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov hadisə ilə bağlı Apa-ya bildirib.

Onun sözlərinə görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birinin dayanacağında avtomobillərə qəsdən ziyan vurulması ilə bağlı polisə məlumat daxil olub:

“Həmin şəxs paytaxt sakini 2001-ci il təvəllüdlü V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun psixi sağlamlığının yerində olmadığı müəyyən edilib. Həmin şəxsin ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib”.