Dəfn günü matəm olacaq

defn-gunu-matem-olacaq
Oxunma sayı: 12255

Məşhur italiyalı modelyer, “Armani” şirkətinin təsisçisi​ Corco Armaninin dəfn günü matəm elan olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Milanın meri Cüzeppe Sala açıqlama verib.

Onun sözlərinə görə, Milanda dünyasını dəyişən Armani şəhəri və italyan modasını təcəssüm etdirib.

Qeyd olunur ki, sentyabrın 6 və 7-də xalqla vida mərasimi, 8 sentyabrda isə şəxsi dəfn mərasimi keçiriləcək, dəfn günü matəm olacaq.

Qeyd edək ki, C. Armani ötən gün 91 yaşında vəfat edib.