Dənizdə batan dostlardan biri nişanlı imiş...

denizde-batan-dostlardan-biri-nisanli-imis
Oxunma sayı: 5932

İyulun 21-də Bilgəh çimərliyində iki dost batıb.

“Qafqazinfo”  APA-ya istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Alıxanlı Nicat Elman oğlu və hələlik kimliyi bilinməyən dostu dənizdə boğularaq ölüb.

Hər iki şəxsin meyiti sudan çıxarılaraq morqa təhvil verilib.

Oxu.az-ın məlumatına görə, boğularaq ölən Nicat bu il aprel ayının 14-də nişanlanıb, oktyabr ayının 10-da toyu olacaqmış.