Dərnəgül yolunda dəhşətli hadisə - Video - Yenilənib

dernegul-yolunda-dehsetli-hadise
Oxunma sayı: 5286

Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 07:50-də Ziya Bünyadov prospektində, Dərnəgül yolunda BMW markalı avtomobil körpünün üzərində idarəetmədən çıxıb. Nəticədə, avtomobil yolun ortasındakı işıqlandırma dirəyinə çırpılıb.

Dirək isə aşaraq əks istiqamətdə öz yolu ilə hərəkətdə olan “Daewoo Gentra” markalı avtomobilin ön şüşəsini qıraraq salonuna girib. Nəticədə, həmin avtomobilin sürücüsü ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.

***

TƏBİB-dən saytımıza bildirilib ki, bu gün saat 05:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisindən çağırış qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bir nəfərə yerində tibbi yardım olunub.

Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri tibbi xidmət göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar”.

Hadisə yerindən görüntüləri təqdim edirik: