Dərsə gedən məktəblini maşın vurub öldürdü

derse-geden-mekteblini-masin-vurub-oldurdu
Oxunma sayı: 1233

Cəlilabadda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən səhər saat 08 radələrində rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü H.Yarməmmədov “Vaz 21043” minik markalı avtomobillə Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vurub.

M.Zamanov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Bildirilib ki, hadisə 13 yaşlı məktəbli dərsə gedərkən baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.