Direktordan şagirdin ana olması xəbərlərinə reaksiya

direktordan-sagirdin-ana-olmasi-xeberlerine-reaksiya
Oxunma sayı: 8272

“Salyan rayonu Pambıqkənddə məktəbli qızların erkən nikaha cəlb edilməsi halları bizdə təəssüf doğurur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, regionlarda bu tipli hallar hələ də baş verir: “Ana olmağa hazırlaşan həmin qız 9-cu sinifdə imtahan verib və 10-cu sinfə keçib. Lakin davamiyyətlə bağlı problem olduğu üçün sinifdə saxlanılıb və yanvar ayında məktəbdən xaric edilib. Məktəb rəhbərliyi üzərinə düşəni edib və regional idarəetmə orqanı tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Salyanda 11-ci sinif şagirdinin ana olması ilə bağlı məlumatlar müzakirələrə səbəb olmuşdu.

Lamiyə Məmmədova