Dövlət büdcəsində 821,7 milyon profisit yaranıb

dovlet-budcesinde-8217-milyon-profisit-yaranib
Oxunma sayı: 1536

2024-cü ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat açıqlanıb.

Maliyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9234,3 milyon manat, xərcləri 8412,6 milyon manat olub.

821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,9 faiz çox icra edilməklə 6039,0 milyon manat təşkil edib.