Dövlət Ehtiyatları Agentliyinin yeni Aparat rəhbəri oldu

dovlet-ehtiyatlari-agentliyinin-yeni-aparat-rehberi-oldu
Oxunma sayı: 944

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin olunub.

“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin sədri Səbuhi Sadıqov əmr imzalayıb.

Əmrə əsasən, Əhməd Talıbov Agentliyin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu təyinata qədər Agentliyinin Strateji planlama və maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.