“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər

qarabagin-xanim-azarkesleri-ucun-pulsuz-biletler
Oxunma sayı: 197

“Qarabağ” xanım azarkeşləri üçün növbəti ev oyununa pulsuz giriş imkanı yaradıb.

“Qafqazinfo” xəbər verir ki, Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”ı qəbul edəcək Ağdam təmsilçisinə dəstək olmaq istəyən xanımlar QR biletləri ödənişsiz əldə edə bilərlər.

Biletlərin verilməsinə noyabrın 26-dan başlanılacaq. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlə aşağıdakı ünvanlara müraciət etmək lazımdır:

- Heydər Əliyev Sarayının kassası;

- “28 Mall”un 3-cü mərtəbəsində yerləşən Fan Store;

- QR biletləri qarşılaşmanın keçiriləcəyi gün “Azersun Arena”nın kassasından da götürmək mümkün olacaq.

Qeyd edək ki, stadiona giriş yalnız QR biletlə təmin ediləcək. “Qarabağ” – “Sumqayıt” görüşü noyabrın 29-da “Azersun Arena”da keçiriləcək və saat 17:00-da başlayacaq.