Su arxında 44 yaşlı qadının meyiti aşkarlandı

su-arxinda-44-yasli-qadinin-meyiti-askarlandi
Oxunma sayı: 224

Bərdə rayonunda qadın meyiti aşkarlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Saatlı kəndində qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 1982-ci il təvəllüdlü Nigar Məmmədovanın meyiti su arxında tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Ziya Əmirxanlı