Ağstafada iki minik avtomobil toqquşub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndinin ərazisində qeydə alınıb.
Bir-birinə əks istiqamətdə hərəkət edən Şahin Qarayusifovun idarə etdiyi “Mercedes” markalı avtomobillə İlqar Qarayevin idarə etdiyi “QAZ-24” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində hər iki avtomobildə olan ümumilikdə 4 nəfər İlqar Qarayev, onun qızı Nərgiz Qarayeva, eləcə də Rövşən Əfəndiyev və İlqar Qarayusifov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar ilkin olaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Qazax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə aparılıblar. Onların hər birinin bədənində müxtəlif sınıqlar aşkarlandığından dərhal əməliyyata götürülüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.
Yunis Quliyev




Son xəbərlər
Son Xəbərlər