Dünyada koronavirusa yoluxanların sayında yeni rekord

dunyada-koronavirusa-yoluxanlarin-sayinda-yeni-rekord
Oxunma sayı: 1751

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə – 423 819 nəfər artıb. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında məlumat verilib.

Daha əvvəlki rekord göstərici oktyabrın 17-də qeydə alınmışdı – 418 889 yoluxma halı.

İndiyədək bütün dünyada ümumilikdə 41,1 milyondan çox insanda koronavirus aşkarlanıb, 1,1 milyondan çox insan bu virusun qurbanı olub.