“Transfermarkt” portalı dünyanın ən bahalı heyətinə malik 100 komandasını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, siyahıya heyətinin dəyəri 1,36 milyard avro olan “Real Madrid” başçılıq edir. “Mançester Siti” komandası (1,26 milyard avro) ikinci sıradadır. İlk “üçlüy”ü isə 1,16 milyard avro ilə “Arsenal” tamamlayıb.
İlk “10-luq”da ardıcıl olaraq “Çelsi” (963 milyon avro), “Barselona” (946 milyon avro), “Bavariya” (939 milyon avro), “Liverpul” (931 milyon avro), PSJ (892 milyon avro), “Mançester Yunayted” (854 milyon avro), “Tottenhem” (788 milyon avro) kimi klublar yer alıb.
Həmçinin siyahıda 4 türk klubu da yer alıb. “Qalatasaray” heyətinin dəyərinə (262 milyon avro) görə 47-ci pillədə qərarlaşıb. “Fənərbağça” (226 milyon avro) 54-cü, “Beşiktaş” (140 milyon avro) 81-ci, “Trabzonspor” isə (105 milyon avro) 99-cu sıradadır.