“Düşünürəm ki, bu, əla ideyadır”

dusunurem-ki-bu-ela-ideyadir
Oxunma sayı: 308

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını Amerika ərazisi elan etmək fikrini “əla ideya” hesab etdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Tramp jurnalistlərlə həmsöhbət olarkən bu barədə açıqlama verib.

Onun sözlərinə görə, bu dəniz yolu faktiki olaraq artıq ABŞ-nin nəzarətindədir:

“Mən sadəcə düşünürəm ki, bu, əla ideyadır. Yəni biz artıq oraya nəzarət edirik... Onu ABŞ ərazisi elan etmək ideyası xoşuma gəlir”.

Xatırladaq ki, Tramp bundan əvvəl də İrana qalib gəldikdən sonra Hörmüz boğazını Birləşmiş Ştatların ərazisi elan edəcəyini bəyan etmişdi.

Qeyd edək ki, avqustun 11-də İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rezai ABŞ-nin vasitəçilər vasitəsilə Tehrandan Hörmüz boğazının açılması şərtlərini aldığını bildirmişdi.