Əhməd Rəcəbli küçəsində yol çökdü, təhlükəli vəziyyət yarandı - Video - Fotolar - Yenilənib

ehmed-recebli-kucesinde-yol-cokdu-tehlukeli-veziyyet-yarandi
Oxunma sayı: 3186

İntensiv yağışlardan sonra Bakının daha bir küçəsində yolun hərəkət hissəsində çökmə yaranıb.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində - Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Şöbəsinin qarşısında asfalt örtüyü çöküb. Nəticədə yolda sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

Ərazidə xəbərdarlıqedici nişanın qoyulmaması, çökmüş yerin lentlə əhatəyə alınmaması da riski artırır.

***

AAYDA-dan bildirilib ki, sözügedən ərazidə kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində asfalt örtüyü deformasiyaya uğrayıb: “Məsələ ilə bağlı aidiyyəti quruma məlumat verilib. Hazırda qəzanın aradan qaldırılması istiqamətində onlar tərəfindən müvafiq işlər həyata keçirilir. Təmir-bərpa işləri başa çatdıqdan sonra asfalt örtüyünün yenilənməsi tərəfimizdən təmin ediləcək”.

Həmin ərazidən görüntüləri təqdim edirik:

Video - Fotolar: Pərvin Zeynal