Ehtiram Quliyev Kurban Berdıyevdən danışdı - “Baş məşqçimizin arxasındayıq”+Video

ehtiram-quliyev-kurban-berdiyevden-danisdi
Oxunma sayı: 730

“Bizim büdcəmiz və oyunumuz budur. Bu büdcə ilə bu oyunu oynaya bilərik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Misli Premyer Liqasında “Neftçi” üzərindəki minimal hesablı qələbədən sonra jurnalistlərə açıqlamasında “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev deyib.

O, baş məşqçi Kurban Berdıyevlə bağlı bundan öncə səslənən tənqidlərə də toxunub:

“Plan buna görə qurulmuşdu və baş məşqçi də buna görə seçilmişdi. Heç bir dəyişiklik olmayıb, o, bizi qane edir. Planladıqlarımızın həyata keçirildiyini görmək bizi xoşbəxt edir. Nə olursa olsun, ondan çox razıyıq, baş məşqçimizin arxasındayıq”.