Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var

elbrus-dagina-dirmasan-iki-alpinist-yixildi
Oxunma sayı: 1436

Elbrus dağına dırmaşan iki alpinist yüksəklikdən yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə dəstəsi məlumat yayıb.

Hadisənin təxminən 4200-4600 metr yüksəklikdə baş verdiyi bildirilir.

Qəza nəticəsində alpinistlərdən biri həlak olub, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.