Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində oldu - Foto

eli-esedov-qeterin-azerbaycandaki-sefirliyinde-oldu
Oxunma sayı: 597

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti (NK) məlumat yayıb.

Bildirilib ki, Əli Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb, Qətərin Azərbaycandakı səfiri ilə söhbət edərək başsağlığı verib.