Ən çox xalı Koxalski topladı - UEFA mükafatı rəqib oyunçuya verdi

en-cox-xali-koxalski-topladi
Oxunma sayı: 3953

Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Napoli”ilə matçda möhtəşəm qurtarışlar edən “Qarabağ”ın qapıçısı Mateuş Koxalski oyunun ən yüksək xal toplayan oyunçusu olub. 

“Qafqazinfo” xəbər verir ki, o, 8,9 xalla hər iki komandanın futbolçuları arasında ən yaxşı seçilib. 

Lakin yaxşı oyununa baxmayaraq UEFA matçın oyunçusu mükafatını Koxalskiyə deyil “Napoli”nin yarımmüdafiəçisi Skot Maktominaya verib.