Sərnişin avtobusu işıqlandırma dirəyinə çırpıldı - Fotolar - Yenilənib

sernisin-avtobusu-isiqlandirma-direyine-cirpildi
Oxunma sayı: 1228

Gəncədə marşrut avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib.

“BakuBus”a məxsus 5 nömrəli marşrut üzrə sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra ağacları sındıraraq dayanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

“BakuBus” MMC-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə bu gün saat 11:30 radələrində “BakuBus” MMC-nin istismarında olan 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin iştirakı ilə baş verib.

Qəzaya hərəkətdə olan digər nəqliyyat vasitəsinin qəfil avtobusun qarşısına çıxması səbəb olub.

Avtobusun sürücüsü qəzadan yayınmaq məqsədilə nəqliyyat vasitəsini sağ istiqamətə yönəldib və nəticədə avtobus yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Hadisədən sonra avtobus operativ şəkildə ehtiyat avtobusla əvəz edilib, sərnişinlərin səfərlərini davam etdirməsi təmin olunub və marşrut xətti üzrə hərəkət qrafiki qısa müddətdə bərpa edilib.

Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, araşdırma aparılır.

Yunis Quliyev