Ərdoğan Putinə Ukrayna ilə danışıqların bərpasını təklif edə bilər

erdogan-putine-ukrayna-ile-danisiqlarin-berpasini-teklif-ede-biler
Oxunma sayı: 784

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Ukrayna ilə bağlı sülh danışıqlarını bərpa etməyi təklif edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında türkiyəli analitik Engin Özer deyib. 

Onun sözlərinə görə, sülh danışıqlarının başlanmasına dair təklif Putinin Türkiyəyə səfəri zamanı təqdim edilə bilər. 

Xatırladaq ki, Putinin Türkiyəyə səfəri bu ay baş tutacaq. Rusiya liderinin köməkçisi Yuri Uşakov iki ölkə liderinin danışıqları zamanı Ukrayna məsələsinin əsas müzakirə mövzusu olacağını bildirib.