İranda hazırda davam edən aksiyalar çərçivəsində saxlanılaraq barəsində ölüm hökmü çıxarılan Erfan Soltaninin edamı təxirə salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.
Soltaninin qohumu olduğunu bildirən şəxs bildirib ki, onun barəsindəki hökm icra edilməsə də, qərar ləğv edilməyib.
Yanvarın 9-da Kərəc şəhərində saxlanılan 26 yaşlı Soltani yanvarın 14-də edam edilməli idi.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ona İranda edamların dayandırıldığı barədə məlumat verildiyini açıqlayıb. O bu zaman “Hazırda heç bir edam planı və ya icrası yoxdur. Əgər belə bir hal baş versəydi, bu hamımız üçün çox kədərli olardı. Lakin aldığım məlumata görə, edamlar dayandırılıb və onlar heç bir edam həyata keçirməyəcəklər” – deyə bildirib.
Son xəbərlər
Son Xəbərlər