Erməni güləşçilər Bakıya gələcək

ermeni-gulesciler-bakiya-gelecek
Oxunma sayı: 1071

Ermənistanı təmsil edən güləşçilər Bakıda keçiriləcək güləş üzrə 17 yaşadək (U-17) idmançılar arasında dünya çempionatında iştirak edəcəklər.

“Qafqazinfo” “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, Ermənistan təmsilçiləri Bakıdakı çempionatda 16 idmançı ilə təmsil olunacaqlar.

Qeyd edək ki, sözügedən turnir iyulun 27-dən avqustun 2-dək davam edəcək.