Ermənilər Xarkovdakı fəxri konsulluğa hücum etdi - Foto + Video

ermeniler-xarkovdaki-fexri-konsulluga-hucum-etdi
Oxunma sayı: 4642

Döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan düşdüyü acınacaqlı vəziyyətdən çıxış yolu olaraq terror aktları törətməyə başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana qarşı terror və təxribat törədiblər. Bunlardan biri də Ukraynada baş verib. Bu gecə ermənilər Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum ediblər.

Erməni terrorçular tərəfindən konsulluğun binası atəşə tutulub. Onlar səs boğucu tapançadan 6 dəfə atəş açıblar. Güllələrdən 3-ü giriş qapısına, 3-ü isə pəncərəyə dəyib.

Azərbaycanın Xarkovdakı Konsulluğundan verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.