Ermənistanda tanınmış vəkil həbs edildi

ermenistanda-taninmis-vekil-hebs-edildi
Oxunma sayı: 928

Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev saxlanılıb.

“Qafqazinfo” “Hraparak”a istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.

Bildirilib ki, A. Koçubayev barəsində Ermənistan Cinayət Məcəlləsinin 490-cı maddəsinin 2-ci bəndi (hakim, prokuror və ya istintaqçı barədə ləkələyici məlumatların yayılması) üzrə cinayət təqibi başlanıb və o həbs edilib.

Müdafiə tərəfinin iddiasına görə, o, Paşinyan hakimiyyətini tənqid edən paylaşımlarına görə həbs olunub.