“Fənərbaxça” prezidentinin düşdüyü qəzanın - Anbaan görüntüləri

fenerbaxca-prezidentinin-dusduyu-qezanin
Oxunma sayı: 1185

“Fənərbaxça” klubunun prezidenti Sadettin Saranın klub binasına gedərkən düşdüyü qəza anının görüntüləri yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, S.Saran evindən stadiona gedərkən E-5 magistral yolunda avtomobili ilə təcili yardım zolağına çıxan bir avtomobillə toqquşub.

Qəza nəticəsində Saranın nəqliyyat vasitəsi zədələnib. O və sürücüsü yaxşı vəziyyətdədir. Qəzadan sonra Saran ayağında, qolunda və boynunda ağrı hiss etsə də, klub binasına gedərək rəhbərlərlə görüşdə iştirak edib.

Qəzanın görüntüləri eyni marşrutda hərəkət edən motosikletçinin dəbilqə kamerasına düşüb. Videoda Saranın avtomobilinin təcili yardım zolağına daxil olan digər avtomobillə toqquşması əks olunub.