İtaliyanın “Napoli” klubunun hücumçusu Romelu Lukaku Türkiyənin “Fənərbaxça” klubuna keçməyə razılıq verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı insayder Mateo Moretto yayıb.
Mənbənin məlumatına görə, 33 yaşlı belçikalı hücumçu ilə Türkiyə klubu arasında şəxsi müqavilə şərtləri üzrə tam razılıq əldə olunub. Hazırda “Fənərbaxça” birbaşa “Napoli” ilə danışıqlar aparır.
İstanbul təmsilçisi təcrübəli forvardın transferi üçün artıq 6 milyon avroluq ilk təklifini göndərib. Lakin Neapol klubu Lukakunun satışından təxminən 12 milyon avro əldə etməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, belçikalı futbolçunun İtaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Daha əvvəl Lukakunun komandanın mövsümöncəsi təlim-məşq toplanışına qoşulmadığı və “Napoli”nin onu 10 milyon avro qarşılığında buraxmağa hazır olduğu bildirilirdi.
Qeyd edək ki, keçən mövsüm Lukaku “Napoli”nin heyətində cəmi 5 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Son xəbərlər
Son Xəbərlər