Finlandiya Rusiya ilə sərhəddə ikiqat maneələr quraşdırıb

finlandiya-rusiya-ile-serhedde-ikiqat-maneeler-qurasdirib
Oxunma sayı: 873

Finlandiya Rusiya ilə sərhəddə ikiqat maneələr quraşdırıb.

“Qafqazinfo” “Veçernyaya Moskva” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Finlandiyanın Sərhəd Xidmətinin nümayəndəsi Yukka Lukkari açıqlayıb. 

Onun sözlərinə görə, maneələr həm ölkə daxilində, həm də sərhəddə quraşdırılıb: “Hazırda sərhəd məntəqələri bağlıdır”. 

Xatırladaq ki, Finlandiya rəhbərliyi Rusiya ilə demək olar ki, bütün nəzarət-buraxılış məntəqələrini dekabrın 23-nə qədər bağlamaq barədə qərar verib. Bu müddətin uzadılacağı istisna edilmir. Ölkənin bu qərarı qanunsuz miqrant axını ilə əlaqələndirilir.