Fransa parlamenti Baş naziri istefaya göndərdi - Tarixi qərar

fransa-parlamenti-bas-naziri-istefaya-gonderdi
Oxunma sayı: 2470

Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Belə ki, 331 deputat Nazirlər Kabinetinə etimadsızlıq qərarını dəstəkləyib. 

Qeyd edək ki, 1962-ci ildən bəri ölkə tarixində ilk dəfə hökumət etimad səsverməsindən sonra devrilib.

Cəmi 3 aydır Baş nazir olan Barnyenin istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyi gözlənilir.