Fransa Türkiyədəki səfirini geri çağırdı

fransa-turkiyedeki-sefirini-geri-cagirdi
Oxunma sayı: 6747

Fransa Türkiyədəki səfiri Herve Maqronu məsləhətləşmələr üçün ölkəsinə geri çağırıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Yelisey sarayının açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fransalı həmkarı Emmanuel Makron haqqındakı açıqlamasının qəbuledilməz olduğu bildirilib.

Qeyd edək ki, Ərdoğan açıqlamasında “Makronun islamla, müsəlmanlarla dərdi nədir? Onun psixoloji müalicəyə ehtiyacı var” fikirlərini səsləndirmişdi. “Onsuz da 1 il sonra seçkilər var, aqibətini görəcəyik” söyləyən türkiyəli lider Makronun xalqın etimadını itirdiyinə görə qələbə çalacağına inanmadığını da vurğulayıb.