Fransanın yeni Baş naziri məlum oldu

fransanin-yeni-bas-naziri-melum-oldu
Oxunma sayı: 3773

Qabriel Attal Fransanın yeni Baş naziri təyin edilib.

“Qafqazinfo” “BFMTV”yə istinadən xəbər verir ki, bu barədə qərarı Fransa Prezidenti Emmanuel Makron verib. 

34 yaşlı Attal ölkə tarixində ən gənc Baş nazir olub. O bu təyinata qədər Fransanın təhsil naziri idi. 

Qeyd edək ki, Qabrial Attal Fransa Prezidentinin yaxın tərəfdaşı, ölkənin cinsi azlıq nümayəndəsi olduğu bildirilən ilk Baş naziridir. Onun Stejan Sejourne ilə vətəndaş nikahında olduğu deyilir. 

Onu da vurğulayaq ki, Fransa hökuməti hazırda böhran dövrünü yaşayır.

Xatırladaq ki, Fransanın Baş naziri Elizabet Born yanvarın 8-i istefa verib. O, 2022-ci ilin may ayından hökumətə başçılıq edirdi.