Fuad Poladovla Şükufə Yusupovanın - Nadir kadrları

fuad-poladovla-sukufe-yusupovanin
Oxunma sayı: 6326

Xalq artisti Şükufə Yusupova və mərhum sənətkar Fuad Poladovun nadir kadrları yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, fotolar Ş. Yusupovanın rəsmi feysbuk səhifəsində paylaşılıb.

Sözügedən kadrlar hər iki sənətkarın rol aldığı “Üç quruşluq opera” tamaşasındandır.

1986-1987-ci illərdə Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş əsərin rejissoru qismində Karl Georg Kayzer çıxış edib.