Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı

fuzulide-16-yasli-oglanin-meyiti-tapildi
Oxunma sayı: 926

Gecə saatlarında Füzuli rayonunda yeniyetmə oğlanın meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Avqustun 18-i saat 01 radələrində 2010-cu il təvəllüdlü Fəqan Dəryatqulu oğlu Məhərrəmovun meyiti yaşadığı evin həyətində aşkar edilib.

Onun ölümü ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.