Gələn həftə görüşə bilərlər

gelen-hefte-goruse-bilerler
Oxunma sayı: 173

İran və ABŞ arasında birbaşa danışıqlar aprelin 27-də Pakistanın İslamabad şəhərində baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “X” sosial media platformasında “Axios”un müxbiri Barak Ravid məlumat verib.

“ABŞ nümayəndələri ilə İran xarici işlər naziri Abbas Əraqçi arasında görüş bazar ertəsi baş tuta bilər. Bundan əvvəl Ağ Evin elçiləri Cared Kuşner, Stiv Uitkoff və pakistanlı vasitəçilər arasında ayrı-ayrı ikitərəfli danışıqlar keçiriləcək”, - müxbir yazıb.