“Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”

genc-neslin-tehsili-esas-prioritetlerimizden-biridir
Oxunma sayı: 1060

“Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

Azərbaycanın beynəlxalq tərəfdaşları ilə bu sahədə xüsusi proqramlarının olduğunu vurğulayan dövlət başçısı bildirib: “Gənc nəslin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi prezident proqramı var”.