“Google” şirkətinə qarşı təzminat işi açıldı

google-sirketine-qarsi-tezminat-isi-acildi
Oxunma sayı: 827

Avropada 30-dan çox media şirkəti ABŞ-də yerləşən “Google” axtarış sistemini reklam texnologiyasındakı dominant mövqeyindən sui-istifadə etdiyi iddiası ilə məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.

Açıqlamada Avropa Komissiyasının 2023-cü ildə eyni məsələ ilə bağlı etiraz bəyanatı dərc etdiyi vurğulanıb.

“Əgər “Google” öz dominant mövqeyindən sui-istifadə etməsəydi, media şirkətləri reklamdan əhəmiyyətli dərəcədə yüksək gəlir əldə edər və reklam texnologiyası xidmətləri üçün daha aşağı ödənişlər edərdi”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Almaniyanın media şirkəti “Axel Springer” və Norveçdə yerləşən “Schibsted” media qrupu, o cümlədən Polşa, Finlandiya, Avstriya, Danimarka, Belçika, İsveç, İspaniya, Portuqaliya, Çexiya, İsveçrə, Rumıniya, Bolqarıstan, Slovakiya, Macarıstan, Niderland və Lüksemburq “Google”a qarşı iddia qaldıran şirkətlər arasındadır. Sözügedən ölkələr şirkətdən 2,1 milyard avro təzminat tələb edib.