Göygöldə 28 yaşlı şəxs bıçaqlandı

goygolde-28-yasli-sexs-bicaqlandi
Oxunma sayı: 177

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Elvin Mehdiyev kürək nahiyəsindən bıçaqlanıb.

O, dərhal Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib və əməliyyat olunub, müalicəsi davam etdirilir.

Onun kim və ya kimlər tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Yunis Quliyev