Göygöldə ağır yol qəzası - Ölən və yaralılar var

goygolde-agir-yol-qezasi
Oxunma sayı: 2139

Göygöldə 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələn ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mirkoavtobusla “QAZ “ markalı yük maşını toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü Duman Abdullayev hadisə yerində ölüb. Xəsarət alanlar isə Şəmkir rayonun Mahmudlu kənd sakinləri 1985-ci il təvəllüldü Vüsal Babayev, 1965-ci il təvəllüdlü Xalidə İsayeva, 1972-ci il təvəllüdlü Xudayar Musayev, 1993-cü il təvəllüdlü Anar Qasımov və 2004-cü il təvəllüdlü Elşanə Musalıdır.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev