Xocalıda yarımçıq qalan toyun bu gün davamı oldu - Foto

xocalida-yarimciq-qalan-toyun-bu-gun-davami-oldu
Oxunma sayı: 9313

Xocalıda 32 il əvvəl atışmaya görə yarımçıq saxlanılan toy mərasiminin bu gün davamı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlum olub ki, 1992-ci il yanvarın 18-də toyu yarımçıq qalan Vasif Qafarovun təkrar toyu olub.

Qeyd edək ki, 32 il öncəki məclis Xocalıda sonuncu toy kimi tarixə düşüb.